“Ailə həkimiylə bağlı problem var, bununla bağlı məsələyə baxmalıyıq”.
Deputat: "Çatışmayan dərmanları almaq üçün dövlət qurumu yaradılsın"
FED.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov deyib.
Deputat dərman vasitələri ilə bağlı problemə də toxunub: “Bununla bağlı dinləmə keçirək və problemli məsələləri aidiyyəti qurumlar qarşısında qaldıraq”.
Komitə sədri Əhliman Əmiraslanov Baş nazirin dərman vasitələri ilə bağlı yeni sənəd hazırlandığını söylədiyini xatırladıb: “Baş nazir tapşırıq vermişdi ki, sənədin hazırlanmasında bizim komitə üzvləri də iştirak etsin. Bu yaxınlarda bizim iştirakımızla görüş oldu. Deputat Kəmaləddin Qafarov da iştirak edirdi. Dərman vasitələri gömrükdə saxlanılır. Bununla bağlı da görüşümüz oldu. Sənəd hazırlanma mərhələsindədir. Bu yaxınlarda bizim yenə görüşümüz olacaq”. (Apa)