“Dərmanlarla əlaqədar böyük problem var. Təklif edirəm ki, Türkiyənin böyük dərman şirkətləri Azərbaycana dəvət olunsun, burada dərman istehsal etsinlər”.
Deputat: "Türkiyədə 3,20 manata olan dərmanı burda 39,40 manata alıblar"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Rüfət Quliyev bildirib.
“Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85% təmin edir. Amma bu ola bilər ki, 1 ilə qədər vaxt aparsın. İnsanlar 1 ilə qədər dərmanlarla bağlı nə etsinlər? Bu gün gedirsən dərmanı 1 manata alırsan, səhəri gün olur 1,15 manat. Konkret təklif edirəm ki, bəzi dövlət qurumlarını dəvət edib soruşaq ki, “Nə etmək istəyirsiz?!”. Məsələn, dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng edəndə deyirlər ki, bununla bağlı Tarif Şurası və dərman şirkətləri məşğuldur. Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyyən qədər dövlət tərəfindən tənzimləmə olsun”, - deyə R.Quliyev qeyd edib. (Apa)