“Onkoloji xəstəliklərin icbari tibbi sığortaya salınması ilə bağlı müzakirələr davam etdirilməlidir”.
İcbari tibbi sığorta fondunun gələn il üçün gəlir və xərcləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.
“Müzakirələr zamanı baxaq görək bu məsələ üçün nə imkan var, hansı hissəni həll edə bilərik. Onu da qeyd edim ki, dövlət büdcəsindən nadir xəstəliklərin müalicəsi üçün vəsait nəzərdə tutulub. İmkan daxilində müəyyən xəstəliklər icbari tibbi sığortanın Xidmələr zərfinə salınır və bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək”, - maliyyə naziri bildirib. (Report)