İcbari tibbi sığorta fondunun gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub.
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin - REYESTRİ APARILACAQ
FED.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri 2 811 428 292,00 manat, xərcləri 2 811 428 292,00 manat məbləğində olacaq.
2024-cü ildə icbari tibbi sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq:
Sıra №-si |
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
2.1. |
Dövlət büdcəsindən ayırmalar |
1 375 987 690,00 |
2.1.1. |
Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması |
1 236 410 000,00 |
2.1.2. |
Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait |
139 577 690,00 |
2.2. |
İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları |
815 053 804,00 |
2.2.1. |
Büdcədən maliyyələşən təşkilatlar üzrə |
293 153 804,00 |
1. |
İşəgötürən |
146 576 902,00 |
1.1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
8 400 000,00 |
2. |
İşçi |
146 576 902,00 |
2.1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
8 400 000,00 |
2.2.2. |
Neft-qaz sahəsində fəaliyyəti olan və ya qeyri-büdcə dövlət sektoruna aid edilən sahələr üzrə |
218 100 000,00 |
1. |
İşəgötürən |
109 050 000,00 |
1.1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
1 650 000,00 |
2. |
İşçi |
109 050 000,00 |
2.1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
1 650 000,00 |
2.2.3. |
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə |
303 800 000,00 |
1. |
İşəgötürən |
151 900 000,00 |
1.1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
1 500 000,00 |
2. |
İşçi |
151 900 000,00 |
2.1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
1 500 000,00 |
2.3. |
Fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar |
15 000 000,00 |
2.3.1. |
Vergi uçotuna alınmış fiziki şəxslərdən (fərdi sahibkarlardan, xüsusi notariuslardan, vəkillər kollegiyasının üzvlərindən) |
14 500 000,00 |
1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
790 000,00 |
2.3.2. |
Mülki hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərdən |
500 000,00 |
1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
20 000,00 |
2.4. |
Avtomobil benzininin, dizel yanacağının, maye qazın Azərbaycan Respublikasının ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar |
122 786 798,00 |
2.4.1. |
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının, maye qazın hər litrinə görə daxilolma |
92 600 000,00 |
2.4.2. |
Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma |
4 158 572,00 |
1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
40 000,00 |
2.4.3. |
Pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma |
2 956 776,00 |
1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
40 000,00 |
2.4.4. |
Siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma |
22 638 450,00 |
1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
2 000 000,00 |
2.4.5. |
Energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma |
433 000,00 |
1. |
o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə |
10 000,00 |
2.5. |
Digər daxilolmalar |
32 600 000,00 |
2.5.1. |
İcbari tibbi sığorta üzrə sərbəst vəsaitin idarə olunması üzrə gəlirlər |
31 000 000,00 |
2.5.2. |
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar |
1 600 000,00 |
2.6. |
Əvvəlki illərdə icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ |
450 000 000,00 |
İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:
Sıra №-si |
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
|
3.1. |
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Aparatının (filial, idarə) saxlanma xərcləri |
32 500 000,00 |
|
3.2. |
“Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin xərcləri |
79 280 236,00 |
|
3.2.1. |
Dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına ayrılmış vəsait |
53 280 236,00 |
|
3.2.2. |
İşəgötürən və işçi tərəfindən ödənilən sığorta haqları, digər sığorta haqları, habelə digər maliyyə mənbələrindən daxilolmalar hesabına ayrılmış vəsait (Naxçıvan Muxtar Respublikası üzrə daxilolmalar hesabına) |
26 000 000,00 |
|
3.3. |
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin saxlanma xərcləri |
46 600 000,00 |
|
3.3.1. |
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin saxlanma xərcləri |
25 500 000,00 |
|
3.3.2. |
"Rəqəmsal tibbi həllər" Məhdud Məsuliyyətli Cəmiyyətin saxlanma xərcləri |
10 900 000,00 |
|
3.3.3. |
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsin saxlanma xərcləri |
10 200 000,00 |
|
3.4. |
İcbari tibbi sığorta ödənişləri və dotasiya məbləği, cəmi |
2 503 074 032,00 |
|
3.4.1. |
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər |
1 717 996 342,00 |
|
o cümlədən: |
|||
1. |
Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər |
10 000 000,00 |
|
2. |
Azad olunmuş ərazilərdə mobil hospitalların saxlanma xərcləri |
4 000 000,00 |
|
3.4.2. |
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi |
497 077 690,00 |
|
o cümlədən: |
|||
1. |
Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait |
139 577 690,00 |
|
2. |
Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər |
160 000 000,00 |
|
3. |
Tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər |
27 500 000,00 |
|
4. |
Tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarların alınması |
50 000 000,00 |
|
5. |
Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülə bilən tikililərin, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması xərci |
57 000 000,00 |
|
6. |
Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidməti |
18 000 000,00 |
|
7. |
Azad olunmuş ərazilərdə mobil hospitalların tikintisi, quraşdırılması və zəruri avadanlıqlarla təchizatı |
1 000 000,00 |
|
8. |
Xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması |
20 000 000,00 |
|
9. |
İcbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılması üçün tibb müəssisələrində İT infrastrukturunun qurulması ilə bağlı xərclər |
24 000 000,00 |
|
o cümlədən: |
|||
9.1. |
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin məlumat mərkəzlərində informasiya təhlükəsizliyinin qorunması və elektron sistemlərin davamlı fəaliyyətinin təmin edilməsi (qeyri-maddi aktivlərin və avadanlığın alınması, quraşdırılması, sazlanması, proqram təminatı, texniki dəstək və lisenziyalar) xərcləri |
19 000 000,00 |
9.2. |
Digər xərclər |
5 000 000,00 |
3.4.3. |
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri |
260 000 000,00 |
3.4.4. |
Aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi |
28 000 000,00 |
3.5. |
Sair xərclər |
55 000 000,00 |
3.6. |
Sığorta ehtiyatları |
88 874 024,00 |
o cümlədən |
||
1. |
Naxçıvan Muxtar Respublikası üzrə |
3 303 343,00 |
3.7. |
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri |
6 000 000,00 |
3.8. |
Bank xərcləri |
100 000,00 |
- “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmuş məbləğlə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin (bundan sonra – Agentlik) həmin qurumlara ödədiyi sığorta ödənişlərinin məbləği arasında kəsir yarandığı halda, həmin kəsir aylıq əsaslarla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.4.1-ci yarımbəndində nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilir. Agentlik tərəfindən tibb müəssisələrinin smetaları əsasında ödənilən vəsaitin xərclənməmiş hissəsi büdcə ilinin sonunadək Agentliyə geri qaytarılır.
- Naxçıvan Muxtar Respublikası üzrə:
- İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.2.1-ci yarımbəndində Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Agentlik hər ay üçün bərabər hissələrlə növbəti ayın 10-dan gec olmayaraq “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə ödəyir;
- İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.2.2-ci yarımbəndində Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta haqlarının (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15- 10.1.1-ci maddəsində nəzərdə tutulmuş vəsait istisna olmaqla) yığımını həyata keçirən səlahiyyətli orqanlar “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə ödəyirlər.
- İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.4.2-ci yarımbəndində nəzərdə tutulan malların (işlərin və xidmətin) satınalınmasını "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi həyata keçirir.
- İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.4.2-ci yarımbəndinin 1-ci abzasında nəzərdə tutulan vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirsin.
- İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.5-ci yarımbəndində “Sair xərclər” üzrə nəzərdə tutulmuş vəsaitdən Agentliyin İdarə Heyətinin qərarı əsasında icbari tibbi sığortanın tətbiqi məqsədilə digər tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunur.
- İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.7-ci bəndində “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.