Amerikanın “Moderna” şirkəti peyvəndinin təcili olaraq istifadəsi üçün ABŞ-ın Qida və Dərman İdarəsinə (FDA) sorğu göndərib.
Eləcə də bax: ABŞ-ın koronavirusa qarşı vaksini - 100% Effekt Verib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin “Twitter” səhifəsində deyilir.
Verilən məlumata görə, sorğuya dekabrın 17-də baxılacaq. Xatırladaq ki, daha əvvəl şirkət Covid-19 peyvəndinin 94,1%, ağır hallarda isə 100% təsirli olduğunu açıqlamışdı.
“Pfizer” və “BioNTech” şirkətlərinin preparatları 95% təsirli olduğunu göstərib. Nəzarət orqanlarının təsdiqindən sonra peyvənd vətəndaşlar arasında paylanacaq.