ABŞ-ın “Moderna” şirkətinin koronavirusa qarşı hazırladığı vaksinin effektivlik göstəricisi açıqlanıb.
Eləcə də bax: COVID-19-a qarşı ən yaxşı vaksin - Məlum Olub
FED.az xəbər verir ki, bununla bağlı nəticələr şirkətin rəsmi saytında yayılıb.
İlkin analizlərə əsasən, koronavirusa qarşı vaksinin səmərəliyi 94,1 %, xəstəliyin ağır hallarında isə 100 % olub.
Xatırladaq ki, indiyədək dünyada 63 milyondan çox insanda COVID-19 qeydə alınıb. 1,5 milyona yaxın insan virusun qurbanı olub, 43 milyondan çox pasiyent isə sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)