İstehlaka yararsız qida məhsulları məhv edilib.
"Bəzi süd məhsulları istehsalçıları istehlakçıları aldadır"
FED.az bu barədə AQTA-ya (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) istinadən xəbər verir.
İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy” MMC-yə məxsus 72 adda 10,63 ton müxtəlif növ süd və süd məhsulu, 4 adda 13,5 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 37,05 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.