Bəzi məhsullar var ki, həmin məhsulların üzərində bəzi istehlakçıların aldadılması, onların çaşdırılması istiqamətində müəyyən addımlar atılır.
FED.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda konfransda çıxışı zamanı bildirib.
"Elə məhsullar var ki, əslində o məhsulun tərkibindəki xüsusiyyətlər məhsulun özəlliyini göstərmir. Tutaq ki, süd məhsulu haqqında məlumat versək, həmin məhsulun üzərindəki kalsium elementi olmalıdır. Həmin kalsium hər hansı bir özəllik ehtiva etmir. Amma buna baxmayaraq bizim bir sıra sahibkarlıq strukturları bunu çox özəl bir göstərici kimi qablaşdırmanın üzərində xüsusi bölmədə önə çəkməklə göstərmək istəyirlər ki, bu da, istehlakçıların aldadılmasına xidmət edir", - Qoşqar Təhməzli bildirib. (APA)