Koronavirus pandemiyası sürətlə bütün dünyada yayılır. Dövlət qurumlarının, müvafiq təşkilatların gördükləri tədbirlərlə yanaşı, insanların özlərinin də koronavirusla mübarizə üçün bir sıra qaydalara riayət etmələri mütləqdir.
Eləcə də bax: Koronavirusdan qorunmaq üçün iş yerində - BELƏ DAVRANIN
FED.az Report.az-a istinadən virusla mübarizədə vacib olan “14 gün qaydası”nı təqdim edir.
- Məcbur qalmadıqca xaricə getməyin. Səfərlərinizi ləğv edin ya da ertələyin. Xaricə gedibsinizsə, ölkəyə qayıdarkən ilk 14 günü evdə keçirdin, ziyarətçi qəbul etməyin, özünüzü təcrid edin. Təcrid edilmiş şəxsin otağına heç vaxt maskasız girməyin. Bu müddət ərzində otağınızı tez-tez havalandırın.
- Əgər koronavirusun yayıldığı ölkədən qayıtmısınızsa, insanlarla, xüsusilə yaşlılar və xroniki xəstəliyi olanlarla təmasa girməyin.
- Əllərinizi tez-tez su və sabun ilə minimum 20 saniyə ərzində ovuşduraraq yuyun.
- Qapı qulpu, su çəni və kranı kimi tez-tez toxunduğunuz yerləri su və yuyucu maddə ilə hər gün təmizləyin.
- Dəsmal, stəkan, çəngəl-qaşıq, hamam lifi, ülgüc və diş fırçası kimi şəxsi əşyalarınızı ortaq istifadə etməyin.
- Paltarlarınızı 60-90 dərəcə arası normal yuyucu maddə ilə təmizləyin.
- Güclü immunitetə malik olmaq üçün bol-bol maye qəbul edin, stabil qidalanın, yuxu rejiminizə nəzarət edin.
- Evdən çıxmağa məcbur qalsanız, mütləq tibbi maska taxın.
- Enməyən hərarət, öskürək və nəfəs çatışmazlığı varsa, maska taxaraq səhiyyə mərkəzinə müraciət edin.
- Mümkün qədər ölkədən xaricə getməyin. Gedərsək belə, qayıdarkən “14 gün qaydaları”na riayət edək.
Unutmayın, koronavirus görəcəyiniz tədbirlərdən daha güclü deyil!
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 169 400-ə çatıb. Bunların 77 260 nəfəri sağalıb, 6 515 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.