Koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.
Eləcə də bax: Azərbaycanda 312 nəfər - KARANTİNDƏN BURAXILDI
FED.az Nazirlər Kabinetinin yanında operativ qərargahdan “report”a verilən məlumata istinadən xəbər verir ki, koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.