Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.
Eləcə də bax: «Azərbaycanda toylar da dayandırılsın» - HÖKUMƏTDƏN TÖVSİYƏ
FED.az xəbər verir ki, bu barədə "report"a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür. Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.
Eləcə də bax: Koronavirusa görə Novruz tədbirləri - LƏĞV EDİLİR
Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.