2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılar ümumilikdə 216,1 milyon manat məbləğində (cari məzənnə ilə $127,1 milyon – İF) əczaçılıq məhsulları və tibbi vasitələr alıblar.
Eləcə də bax: Azərbaycan əhalisinin əczaçılıq məhsullarına xərcləri - 51% Artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 2,2% və ya 216,1 milyon manat təşkil edib”, - Komitədən bildirilir.
2020-ci ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 45,5% artıb.
Ölkə daxilində əczaçılıq məhsullarının satış həcminin artması koronavirus (COVID-19) infeksiyası ilə əlaqədardır.
2020-ci ildə Azərbaycanda istehlakçılar ümumilikdə 748,9 milyon manat məbləğində (cari məzənnə ilə $440,5 milyon – İF) əczaçılıq məhsulları və tibbi vasitələr alıblar. (İnterfaks)