Sağlamlıq

Könüllü tibbi sığorta olduqda icbari tibbi sığorta haqqı ödənilməlidir?

Könüllü tibbi sığorta olduqda icbari tibbi sığorta haqqı ödənilməlidir? | FED.az
13:42 14 Fev 2020

"İstər əmək müqaviləsi ilə, istərsə də muzdla bir neçə yerdə işləyənlər hər gəlir mənbəyindən icbari tibbi sığorta haqqı ödəyəcəklər".

FED.az xəbər verir ki, bu barədə  Dövlət İcbari Tibbi Sığorta Agentliyindən bildirilib.

Qeyd olunub ki, icbari tibbi sığorta haqqı bu il aprelin 1-dən ödəniləcək.

Həmçinin mövcud “Tibbi sığorta haqqında” qanuna əsasən, icbari və könüllü tibbi sığorta olsa da, hər vətəndaşın iş yerində verilən, yaxud fərdi qaydada əldə etdiyi könüllü tibbi sığortası olsa belə, icbari tibbi sığorta haqqını ödəmək məcburiyyətində qalacaq. Belə ki, icbari tibbi sığorta tibbi və nəzərdə tutulan başqa xidmətlərdən yararlanmaq imkanı yaradan dövlət sosial sığorta sisteminin mühüm parçasıdır. Könüllü tibbi sığorta isə əlavə tibbi xidmətlərdən, dava-dərmandan bəhrələnmək imkanı qazandırır.

Bu ilin sonunadək icbari tibbi sığortanın mərhələli şəkildə ölkəboyu tətbiqinə uyğun olaraq bütün vətəndaşlar sığortalanacaq.

Xatırladaq ki, ölkədə 13 tibbi ərazi vahidi yaradılıb. Bunların 10-da regionlararası dövlət tibbi müəssisələr də müəyyənləşdirilib.

Ailə həkimindən müvafiq göndəriş almadan icbari tibbi sığortaya görə qeydiyyatdan keçdiyi inzibati vahidin hüdudlarından kənardakı səhiyyə müəssisəsinə müraciət edən vətəndaşlar ona göstərilən tibbi xidmətin haqqını ödəməlidir.

Azərbaycan Respublikasının tibbi ərazi vahidləri ilə buradan tanış ola bilərsiniz.

Eləcə də bax: Terapevt 1200 manat, Cərrah 4-5 min manat - TİBBİ SIĞORTADA – HƏKİMLƏRİN MAAŞI

Eləcə də bax: Şəkidəki xəstə Bakıya müalicəyə gəlsə – NƏ QƏDƏR ÖDƏNİŞ EDƏCƏK? - AÇIQLANDI

Eləcə də bax: Dərman firmalarının həkimlərlə - BİRBAŞA GÖRÜŞÜ - QADAĞAN OLUNACAQ

Eləcə də bax: İcbari tibbi sığortaya görə - XƏSTƏXANALARA AXIN BAŞLAYIB

Report

Digər xəbərlər