İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq dərman firmalarının əməkdaşlarının xəstəxanalarda həkimərlə birbaşa görüşü qadağan eiləcək.
Eləcə də bax: Terapevt 1200 manat, Cərrah 4-5 min manat - TİBBİ SIĞORTADA – HƏKİMLƏRİN MAAŞI
Bu barədə FED.az-a İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) departament direktoru Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, belə sistem ilk dəfə pilot ərazilərdə tətbiq edilib: «Tibb müəssisələrinin mühafizəsi var və buraya daxil olmaq icazəlidir».
Bununla yanaşı, V.Qurbanov bildirib ki, hər hansı şirkət yeni məhsulunu tibbi işçilərinə təqdim etmək istəyərsə, bunun üçün şərait yaradılacaq: «Firmalar öz məhsullarını təqdim etmək istəsələr, bu barədə müəssisənin rəhbərinə göstərə bilərlər. Xəstəxanaların hamısında akt zalları və ya digər münasib yerlər var və burada firmalar öz dərmanlarını təqdim edə bilərlər».
Ümumiyyətlə, V.Qurbanovun sözlərinə görə, yaxın gələcəkdə tibbi reseptlərdə dərmanların adlarının yazılmasına son qoyulacaq. Həkimlər yalnız dərmanın tərkibini yazacaqlar: «Bu resept elektron şəkildə apteklərə göndəriləcək və vətəndaş oradan öz büdcəsinə uyğun dərmanı alacaq».