Azərbaycana daha bir şirkət tərəfindən gətirilən məhsullarda zərərli orqanizmlər aşkar edilib.
«Ladess Group»un ölkəyə gətirdiyi toyuqlarda bakteriya çıxdı - AQTA MƏHSULA MƏHV QƏRARI VERDİ
«GFC» MMC-nin Azərbaycana gətirdiyi bir sıra quşçuluq məhsulları təhlükəli məhsul qrupuna aid edilib və ölkəyə idxal prosesinin qarşısı alınıb.
FED.az xəbər verir ki, adıçəkilən şirkətin ölkəmizə idxal etmək istədiyi "KFC" əmtəə nişanına malik olan dondurulmuş toyuq filesi və acılı toyuq qanadı yarımfabrikatının tərkibində «Salmonella» bakteriyası aşkar edilib. Nəticədə həmin məhsullar Qida Təhlükəssizliyi Agentliyi tərəfindən təhlükəli hesab olunub.
Qeyd edək ki, «GFC» MMC yuxarıda adı çəkilən təhlükəli məhsulları – dondurulmuş toyuq filesini və toyuq qanadı yarım fabrikatını Ukrayna istehsalçısı olan «Ptycekomplex Gubyn» LLC-dən əldə edib.
Xatırladaq ki, qeyd etdiyimiz Ukrayna istehsalçısının başqa quşçuluq məhsullarında da bakteriya aşkar edilərək ölkəyə idxalının qarşısı alınıb.
Belə ki, ötən ilin oktyabrında «Ladess Group» MMC tərəfindən ölkəyə idxal edilən «Ptycekomplex Gubyn LLC»nin istehsalı olan Toyuq filesində də «Salmonella» bakteriyası aşkar edilib.
Məlumat üçün bildirək ki, idxal ediləcək məhsulun tərkibində insanlarda və heyvanlarda xəstəliyə səbəb olan və qida yoluxucu infeksiyalara səbəb ola bilən salmonella bakteriyası aşkar olunub.
Qida Təhlükəssizliyi Agentliyi tərəfindən məhsulun məhv edilməsinə qərar verilib.