«Ladess Group» MMC-nin Azərbaycana gətirdiyi bir sıra quşçuluq məhsulları təhlükəli məhsul qrupuna aid edilib və həmin məhsulların ölkəyə idxal olunmasının qarşısı alınıb.
Marketlərdə quşçuluq məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (May, 2024)
FED.az xəbər verir ki, adıçəkilən şirkətin ölkəmizə idxal etmək istədiyi 2 quşçuluq məhsulu toyuq filesi və dondurulmuş toyuq filesində «Salmonella» bakteriyası aşkar edilşib və onlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təhlükəli məhsul hesab olunub.
Maraqlıdır ki, «Ladess Group»un idxal etdiyi məhsullarla təhlükəli orqanizmlər 2 dəfə tapılıb – 2023-ün sonunda və 2024-cü il martın sonunda.
Birinci dəfə şirkət toyuq filesini Ukrayna istehsalçısı olan “Ptycekomplex Gubyn” LLC-dən, ikinci dəfə isə dondurulmuş toyuq filesini Rusiya istehsalçısı olan “Stavropolskiy Broyler Myasoptitsekombinat Nevinnomyskkiy” -dən əldə edib.
Hər 2 məhsulun tərkibində insanlarda və heyvanlarda xəstəliyə səbəb olan və qida yoluxucu infeksiyalara səbəb ola bilən salmonella bakteriyası aşkar olunub.
Toyuq filesi Qida Təhlükəssizliyi Agentliyi tərəfindən utilizasiya edilib, dondurulmuş toyuq filesinin isə məhv edilməsinə qərar verilib.