Sağlamlıq

"Karantin səbəbindən atamı axırıncı dəfə martda görmüşəm"

"Karantin səbəbindən atamı axırıncı dəfə martda görmüşəm" | FED.az
11:34 29 Avq 2020

“Mən atamı axırıncı dəfə martın 13-də görmüşəm. O, Gəncədə yaşayır. Mən də çox istərdim ki, rayonlara gediş-gəliş olsun və valideynlərimizi görə bilək”.

FED.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, rayonlara gediş-gəlişin açılması məsələsi hər kəsi narahat edir:

“Ümid edirəm ki, yaxın zamanlarda müsbət qərar verəcəyik”.

Digər xəbərlər