İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkədə koronavirusun yayılması riski səbəbindən ərzaq mağazaları və apteklərdən başqa, digər mağazaların fəaliyyət göstərməyəcəyini elan edib.
Eləcə də bax: Türkiyədə virus panikası - MAĞAZALARDA BİR İLLİK EHTİYAT - 1 SAATA SATILDI
FED.az məlumat verir Konte ölkə ərazisində bütün restoran və barların da bağlanacağını açıqlayıb. Bununla belə, agentlik yazır ki, ictimai nəqliyyat, bank və sığorta şirkətləri fəaliyyətini davam etdirəcək.
“Fabriklər bütün ehtiyat tədbirlərinə riayət olunması şərti ilə açıq qalır”, - Baş Nazir əlavə edib.
Qafqazinfo