İranda koronavirusa yoluxanların sayı 70 000-i keçib.
Eləcə də bax: İranda pandemiya qurbanlarının sayı - 4 232-YƏ ÇATDI
FED.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.
Ölkədə bu günədək koronavirusa yoluxanların sayının 70 029 nəfər olduğu açıqlanıb. Virusa yoluxaraq vəfat edənlərin sayı isə 4 357 nəfərdir.
Nazirlikdən bildirilib ki, son sutka ərzində koronavirusa yoluxmuş 125 nəfər vəfat edib, ölkə ərazisində 1837 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək COVID-19 virusuna yoluxmuş 41 947 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3 987 nəfərin vəziyyəti ağırdır.
Apa