İranda daha 122 nəfər koronavirusun qurbanı olub.
FED.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 232 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 972 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 68 192 nəfərə çatıb.
K.Cahanpur həmçinin 35 465 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 969 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.
Report