Sağlamlıq

İçkidən zəhərlənənlər - BU RESTORANLARIN MÜŞTƏRİLƏRİDİR

İçkidən zəhərlənənlər - BU RESTORANLARIN MÜŞTƏRİLƏRİDİR | FED.az
13:04 30 Dek 2019

"Dekabrın 23-də ilk olaraq "Baku City" içkidən zəhərlənmə ilə bağlı məlumat daxil olub. Həmin andan etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərilə respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib".

Eləcə də bax: Bakıda saxta içki qurbanlarının sayı artır - DAHA BİR NƏFƏR ÖLDÜ

FED.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Q.Təhməzli qeyd edib ki, araşdırmalar nəticəsində ictimai iaşə obyektlərindən 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər laborator müyainlərə cəlb edilib:

“2 saat ərzində hadisənin saxtalaşdırılmış halda, kustar üsulla hazırlanan "Chivas Regal 12" adlı içkidən  olduğu müəyyən edilib. Bu içkinin tərkibində metanolun faizi 76,6 faiz aşkar edilib. Bu da insan sağlamlığı üçün çox zərərlidir".

Q.Təhməzli bildirib ki, içkidən zəhərlənmə hadisələri "Baku City" "Everst", "Piano", "Madonna", "Hashtag" adlı restoran və kafelərdə, eyni zamanda Abşeron rayonundakı bir evdə aşkar edilib:

“Hüquq mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlərə başlayıblar, bununla bağlı birgə açıqlama da yayılıb. Artıq "Baku city" və "Everest"in fəaliyyəti məhdudlaşdırılıb. "Madonna" və "Piano"da isə araşdırmalar davam edir. "Hashtag" restoranında da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır".

Q.Təhməzli qeyd edib ki, ötən gün "Madonna" restoranında da bir ailənin üzvləri olan ər-arvad içkidən zəhərlənib. Onlarda da zəhərlənmə həmin viskidən olub və metanolun yüksək faizlə nisbəti aşkar edilib".

AQTA sədri bildirib ki, təəsüf ki, ictimai iaşə obyektlərinin sahibləri həll də kustar üsulla hazırlan içkiləri ictimai və kütləvi qidalanmaya verirlər:

“Bir daha Azərbaycanın bütün ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barlarının, restoran və kafelərin rəhbərlərinə müraciət edirəm ki, bu cinayət işidir".

Sədrin sözlərinə görə, bu işdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib:

“İçkilərin Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayəyə götürülən evdə hazırlandığı aşkar edilib, araşdırmalat davam edir. Hadisələrin baş verildiyi  obyektlərin sayı 5-10 olsa da, kustra üsulla hazırlandığı aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Hüquq-mühafizə orqanları da bu məsələ ilə bağlı peşəkar çalışdılar".

AQTA sədri deyib ki, bu  işdə əli olan hər hansı ictimai iaşə obyektinin səhvləri, asan yolla əlavə gəlir əldə etmək istəyi onlara çox baha başa gələ bilər.

Modern

Digər xəbərlər