Prezident İlham Əliyev «Tibbi sığorta haqqında» qanuna dəyişiklikəri təsdiqləyib.
Eləcə də bax: Bu tibbi xidmətlər ödənişsizdir - SİYAHI
FED.az xəbər verir ki, dəyişikliyə əsasən icbari tibbi sığortada müştərək maliyyələşmə mexinizminin yaradıliması əvvəlcədən nəzərdə tutulduğu kimi 2023-cü ildə deyil, 2024-cü ildən başlanacaq.
Xatırladaq ki, müştərək maliyyələşmə mexanizmi dedikdə – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur.
Belə ki, hazırda qaydalara əsasən icbari tibbi sığortalı bu xidmətdən istifadə etmək üçün İlkin tibbi-sanitariya yardımına müraciət etməli, və onların göndərişi əsasında sonrakı xidmətləndən istifadə etməli idi.
Gələcəkdə isə xəstə, istəsə, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən xidmətdən istifadə etmək mümkün olacaq, amma bu halda tibbi xidmətin dəyərinin bir hissəsini xəstə özü ödəyəcək.
Bundan başqa müştərək maliyyələşmə mexanizmi xəstələrin klinika seçimində də yaranacaq. Belə ki, xəstə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsində deyil, ondan kənarda yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə xərcin bir hissəsini özü ödəməli olacaq.