Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət ödənişsiz göstərilir.
Eləcə də bax: Vətəndaşlar bu dərmanlarla pulsuz - TƏMİN EDİLİR
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunan 2550 sayda tibbi xidmətə daxildir:
- ilkin səhiyyə xidməti - 35
- təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6
- ixtisaslaşdırılmış ambulator yardım xidmət - 508
- laboratoriya xidməti – 731
- fizioterapiya xidməti – 26
- invaziv radiologiya xidməti – 39
- stasionar cərrahi xidmət - 950
- stasionar terapevtik xidmət – 255
Həmçinin bildirilib ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçirilir.
"Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi, eləcə də, göz, qulaq, burun və boğaz xəstəliklərinin müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçirilir" - deyə məlumatda bildirilib. (Trend)