“Bu yaxınlarda Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-in iştirakı ilə icbari tibbi sığortanın tətbiqinə dair dinləmə keçirəcəyik”.
Eləcə də bax: Bir vətəndaş iki yerdən - TİBBİ SIĞORTA HAQQI ÖDƏMƏLİDİRMİ?
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək: “Bu gün həssas qrupların bəziləri üçün dövlət proqramları tətbiq edilir. Növbəti il üçün xidmətlər zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır”.