Əhali icbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfi çərçivəsində 2500-dən çox xidmət ala bilir. Əvvəllər insanlar üçün əlçatmaz olan bir çox tibbi xidmətlər artıq pulsuz əhaliyə təqdim edilir”.
Eləcə də bax: Bu tibbi xidmətlər ödənişsizdir - SİYAHI
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Ə. Əmiraslanov qeyd edib ki, yüksək maliyyə tutumlu əməliyyatlar sığorta çərçivəsində həyata keçirilir: “Ölkəmizdə artıq ailə həkimi institutu formalaşmağa başlayıb. İcbari tibbi sığortada olan məmnunluq ölkəmizdə tədricən artmağa başlayıb. Ancaq onu da bilməliyik ki, bu məmnunluq birdən-birə əmələ gəlmir. Bütün bu uğurlara baxmayaraq, əhali tərəfindən icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı narahatlıqlar da mövcuddur. Birinci, bir çox yüksək texnologiyalı əməliyyatların həyata keçirilməsi üçün klinikalarımızda böyük növbələr var. İcbari tibbi sığorta zərfinin genişlənməsinə də böyük ehtiyac var. İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyi gələcəkdə bunu nəzərə almalıdır. Azad olunmuş ərazilərdə yeni tibb müəssisələrinin yaradılmasına başlanıldığını da qeyd etmək istərdim”. (Apa)