“İcbari Tibbi Sığorta çərçivəsində stasionar şəraitdə müalicə alan xəstənin həkim təyinatına uyğun olan dərman preparatları agentlik tərəfindən qarşılanır”.
Eləcə də bax: MM komitə sədri dərmanların qiymətindən - ŞİKAYƏTLƏNİB
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu-az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertiza şöbəsinin müdiri Nərgiz Ağayeva agentliyin “Facebook” səhifəsində canlı yayımda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, həkim tərəfindən həmin şəxsin xəstəliyinə və eləcə də yanaşı xəstəliklərinə uyğun dərman preparatları yazılır:
“Bəzən xəstələr “mən bu dərmanı yox, başqasını istəyirəm” kimi etirazlar edə bilir. Lakin bu kimi seçimlər doğru deyil. Həkimlər xəstənin vəziyyətinə uyğun olaraq müalicə təyin edir və yalnız həmin həkim reseptində qeyd edilən dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanır”.