İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.
FED.az xəbər verir ki, bu barədə İ.Ağayev özü bildirib.
Eləcə də bax: ATU-nun Tədris Cərrahiyyə Klinikasında - 33 HƏKİM KORONAVİRUSA YOLUXUB
O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”. (Apa)