"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub".
Eləcə də bax: Sumqayıtda həkimlərin qaldığı hotelin işçilərinin icazəsi - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bunu ATU-nun mətbuat kabiti Günel Aslanova deyib.
O bildirib ki, həkimlərdən 27 nəfərin müalicəsi hazırda davam etdirilir: "6 nəfər evə buraxılıb. Onlardan 21-i reanimasiya şöbəsinin həkimidir. Hazırda müalicə alanlardan 6-nın vəziyyəti ağır, 15-i orta-ağır, digər 6 nəfərin isə vəziyyəti yüngüldür. Onlar öz həkimlərimiz tərəfindən müallicə olunurlar". (Apa)