Azərbaycanda tətbiq edilən yeni qaydaya əsasən, tibb işçisinin maaşına - tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətindən asılı olaraq - əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər aləvə ediləcək.
Eləcə də bax: Terapevt 1200 manat, Cərrah 4-5 min manat - TİBBİ SIĞORTADA – HƏKİMLƏRİN MAAŞI
Eləcə də bax: İcbari sığortadan sonra xəstəxanalara - AXIN BAŞLAYIB – RAYONLAR, SAYLAR
FED.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə, TƏBİB-in tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşlar verilib, əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir: «Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar. Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar».