Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə region ölkələri arasında sonuncu sırada yer alıb.
Eləcə də bax: Tibbi sığortası olanlar bəzi hallarda – ƏLAVƏ ÖDƏNİŞ ETMƏLİ OLACAQLAR
FED.az xəbər verir ki, 93 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan 90-cı sırada qərarlaşıb.
Səhiyyə xidmətlərinin səviyyəsinə görə Azərbaycan yalnız Banqladeş, İraq və Venesueladan öndə olub.
Region ölkələri arasında səhiyyə xidmətlərinin ən yaxşı səviyyədə olduğu ölkə Türkiyə hesab olunur. Türkiyə reytinq siyahısında 28-ci sırada yer alıb.
Digər region ölkələrinin siyahıdakı mövqeyi belə olub:
28 - Türkiyə
59 - Belarus
62 - Rusiya
78 - Ukrayna
82 - İran
85 - Gürcüstan
86 - Qazaxıstan
90 - Azərbaycan
Yeniavaz
Səhiyyə xidmətlərinin ən yaxşı səviyyədə olduğu ölkələrin ilk 5-liyində Tayvan, Cənubi Koreya, Yaponiya, Danimarka və Fransa qərarlaşıb.
Məlumat üçün onu da bildirək ki, bu ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 369 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
2020-ci ildə Azərbaycanın dövlət büdcəsində adambaşına düşən səhiyyə xərcləri 136 manat təşkil edir. Mövcud məzənnə ilə (1$/1,7 AZN) hesabladığımız zaman adambaşına düşən səhiyyə xərcləri Azərbaycanda 80 dollara bərabər olur.
Müqayisə üçün qeyd edək ki, adambaşına düşən səhiyyə xərcləri qonşu Gürcüstanda 101 dollar, Ermənistanda isə 78 dollar təşkil edəcək.