Gürcüstan hökumətinin qərarı ilə sabahdan ölkə ərazisində ad günü, toy, şənlik, yas və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.
Eləcə də bax: Gürcüstanda koronavirusla bağlı karantin müddəti - 8 Gün Olacaq
FED.az xəbər verir ki, bu barədə hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifiqində bildirib.
Onun sözlərinə görə, qapalı və açıq məkanlarda kütləvi mərasimlərin keçirilməsinə icazə verilməyəcək.
Qeyd edək ki, bu günədək qonşu ölkədə açıq havada kütləvi tədbirlərin keçirilməsi mümkün idi. (Report)