Gürcüstanın Baş Naziri Georgi Qaxariya ölkədə yeni növ koronavirus infeksiyasının ikinci dalğasının başlandığını elan edib.
Eləcə də bax: Gürcüstanda kütləvi mərasimlər - Qadağan Olundu
FED.az xəbər verir ki, bu barədə hökumətin “Facebook” səhifəsində yazılıb.
Qahariyanın sözlərinə görə, ikinci dalğa payızda gözlənilirdi və artıq o başlayıb.
“Əsas odur, təşvişə ehtiyac yoxdur, biz vəziyyətə tam nəzarət edirik”, - deyə Qaxariya bildirib.
Qeyd edək ki, bu gün Gürcüstanda rekord yoluxma sayı qeydə alınıb. Sutka ərzində ölkədə 54 nəfərdə Covid-19 aşkarlanıb. (Qafqazinfo)