Gürcüstanda ilk dəfə olaraq «meymun çiçəyi» virusuna yoluxma qeydə alınıb.
İndi də «meymun çiçəyi» virusu gəlir – YAYILDIĞI ÖLKƏLƏR, ƏLAMƏTLƏRİ
FED.az xəbər verir ki, bu barədə «Georgian Times» Gürcüstanın Xəstəliklərə və igtimai sağlamlığa nəzarət Milli Mərkəzinə istinadən məlumat yayıb.
Meymunçiçəyi bu halda insana yoluxa bilər - TƏBİB AÇIQLADI
«Laboratoriya testloəri «meymun çiçəyi»nə yoluxma üzrə ilk halı təsdiqləyib. Pasiyent virusun yüngül növünə tutulub və müvafiq müalicə başa çatandan sonra xəstəxanadan evə yazılıb»-deyə məlumatda bildirilir.
Məlum olub ki, «meymun çiçəyi»nə tutulan şəxs bundan əvvəl Avropada olub.
«Reuters»in məlumatına görə, iyunun ortalarına qədər dünyada bu virusa 30 ölkədə 1900-a yaxın yoluxma qeydə alınıb. İlk yoluxma Britaniyada, Nigeriyadan qayıdan adamda qeydə alınıb.
gələn həftə Dünya Səhiyyə təşkilatı virusla bağlı fövqəladə iclas keçirəcək. Təşkilat bildirir ki, müdafiə tədbirlərini gücləndirmək lazımdır, çünki «virus özünü qeyri-adi aparır».
Qeyd edək ki, indiyədək MDB ölkələrində meymunçiçəyinə yoluxma qeydə alınmayıb.