Gələn ildən icbari tibbi sığorta üzrə xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq.
Gələn il 700 tibbi xidmətin xidmətlər zərfinə - Əlavə Edilməsi Gözlənilir
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün icbari tibbi sığorta üzrə seminarda deyib.
O qeyd edib ki, hazırda bir sıra xəstəliklər üzrə limit mövcuddur. Fizioterapiya xidmətləri üzrə il ərzində 10 prosedur, koxlear implantasiya üzrə 300 əməliyyat, oynaqdaxili endroprotezlərin yerləşdirilməsi üzrə 300 əməliyyat limti mövcuddur.
O əlavə edib ki, gələn ildən bu limitlərin artırıası nəzərdə tutulur. (Trend)