"Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2550 xidmət daxildir".
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.
O qeyd edib ki, növbəti il 700 tibbi xidmətin xidmətlər zərfinə əlavə edilməsi gözlənilir: "Bu xidmətlərə travmatoloji, kardioloji, transplantasiya əməliyyatlarının da daxil olması nəzərdə tutulur". (Apa)