2024-cü ildə əhalinin adambaşına düşən icbari tibbi sığorta haqqı 122,9 manat məbləğində götürüləcək.
Azərbaycanda bütün tibbi xidmətlər bahalaşıb – SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Rəydə bildirilib ki, təqdim edilmiş məlumatlara əsasən, əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərin çoxalması əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və adambaşına düşən icbari tibbi sığorta haqqının cari ilin sonuna gözlənilən inflyasiyaya uyğun olaraq, 122,9 manat götürülməsi ilə bağlıdır.
Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1376,0 mln manat ayrılması nəzərdə tutulur ki, bu da cari ilin yenidən baxılmış büdcəsindən 112,2 mln manat (8,9%) çoxdur.