Son bir ildə Azərbaycanda əhaliyə göstərilən bütün tibbi xidmətlərin qiymətində bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, bahalaşma həm diaqnostika, həm də müalicə xidmətində müşahidə olunur.
Ən sürətli bahalaşma stomatoloji xidmətlərdə – diş protezinin hazırlanması, dişin çəkilməsi və müalicəsində baş verib. Bu xidmətlərin qiymətləri 13-18% bahalaşıb.
Digər xidmətlərdə bahalaşma 3-7% arasında olub.
Belə ki, göz həkimi xidməti 5% bahalaşaraq 20 manatı keçib. Kardioqramma hazırlanması xidməti isə 13-14 manat arasındadır. Qanun ümumi analizinin qiyməti isə 11-12 manat arasındadır.
Həkim xidmətləri üzrə qiymətlər belə dəyişib:
Məhsulun adı |
Avqust 2023 |
Avqust 2022 |
Fərq rəqəmlə |
Fərq Faizlə |
Terapevt xidməti |
16,01 |
15,53 |
0,48 |
3,09% |
Göz həkimi xidməti |
20,11 |
19,16 |
0,95 |
4,96% |
Kardioloq xidməti |
18,69 |
18,08 |
0,61 |
3,37% |
Cərrahiyə əməliyyatı xidməti |
1238,53 |
1184,73 |
53,80 |
4,54% |
Dişin çəkilməsi xidməti |
12,16 |
10,36 |
1,80 |
17,37% |
Dişin müaliсəsi xidməti |
33,28 |
29,43 |
3,85 |
13,08% |
Diş protezinin hazırlanması xidməti |
237,23 |
200,49 |
36,74 |
18,33% |
Tibbi müayinə: usm xidməti |
24,44 |
23,54 |
0,90 |
3,82% |
Flüoroqrafiya xidməti |
19,16 |
17,83 |
1,33 |
7,46% |
Qanın ümumi analizi xidməti |
11,13 |
10,52 |
0,61 |
5,80% |
Kompüter tomoqrafiyası xidməti |
73,93 |
71,28 |
2,65 |
3,72% |
Kardioqramma xidməti |
13,75 |
12,84 |
0,91 |
7,09% |
Orta tibb işçilərinin xidmətləri |
2,27 |
2,19 |
0,08 |
3,65% |
Fizioterapevtlərin xidməti |
7,93 |
7,47 |
0,46 |
6,16% |
Masaj xidməti |
11,28 |
10,51 |
0,77 |
7,33% |
Xəstəxana xidməti |
42,66 |
40,50 |
2,16 |
5,33% |
Reabilitasiya müəssisələrinin sanatoriya - sağlamlıq xidməti |
568,26 |
555,45 |
12,81 |
2,31% |