Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirləri çərçivəsində istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.
Rusiyadan gətirilən 1 tondan hind quşu əti - YARARSIZ ÇIXDI
Agentlikdən FED.az-a verilən məlumata görə, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 6,1 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.