Şabranda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstələri müəyyən edilib.
Putin də koronavirusdan qorxur - «Bunker»dən Çıxmır
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
Azərbaycanda tanınmış vəkil koronavirusdan - Vəfat Etdi
Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər.
Həmin şəxslərin törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.