Azərbaycan Vəkillər Kollegiyasının 22 saylı vəkil bürosunun sədri Tahir Əlirzayev vəfat edib.
FED.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov feysbuk hesabında bildirib
O, qeyd edib ki, T.Əlirzayev bu gün koronavirusdan dünyasını dəyişib.
Təcili: Azərbaycanda koronaya yoluxanların sayı 4 mini ötdü - YENİ RƏQƏMLƏR
"Bu statusu yazmaq mənim üçün çox çətindir, Kollegiyaya 3 ilə yaxın olan sədrliyim dövründə bu gün çox ağır hisslər, sarsıntı keçirirəm. Son dəfə Tahirlə srağagün danışmışam, Covid-19-dan xəstəxanada müalicə alırdı, həkimlərdən razılığını bildirirdi, ağır xəstəlik olduğunu qeyd etmişdi. Mənə video göndərdi və onu yaymağı xahiş etdi, ünvanladığı son arzusu isə gələcəkdə vəkillər üçün xüsusi klinikanın təsis edilməsi idi.
Putin də koronavirusdan qorxur - «Bunker»dən Çıxmır
Həyatı sevirdi Tahir qardaşımız, dostcanlı, qohumcanlı idi, yaşamağı bacarırdı, həmişə poziti və gülərüz idi, vəkil adını uca tuturdu, pulsuz hüquqi yardım sahəsində ən çox fəallıq göstərən vəkil bürosunun rəhbəri idi.
Xeyirxah və qayğıkeş insan, qəlbimizdə həmişə cavan Tahirimiz, məkanın cənnət olsun",
Allah rəhmət eləsin!