Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə COVİD-19 virusuna qarşı vaksinasiyanın nə vaxt bitəcəyinə aydınlıq gətirib.
FED.az xəbər verir ki, Ərdoğan jurnalistlərin sualına cavabında vaksinasiya prosesinin may-iyun aylarında başa çatacağını təxmin etdiyini bildirib.
“Düşünürük ki, may-iyun aylarında bu proses bitsin və yay fəslinə daha rahat girmiş olaq”, - deyə Türkiyə lideri qeyd edib. (Apa)