Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi islahat paketini açıqlayır.
Eləcə də bax: Azərbaycan məhsulları Türkiyə bazarına - Güzəştli Şərtlərlə Çıxacaq
FED.az xəbər verir ki, islahat paketində aşağı gəlirli kiçik biznesin vergidən azad olması da nəzərdə tutulur. Təxminən 850 min mikro və kiçik biznes gəlir vergisindən azad olunacaq, bəyannamə vermək öhdəliyi də ləğv ediləcəkdir.
Türkiyə Rəqəmsal Vergi Dairəsi işə salınacaq. Elektron vergi assistenti sistemi istifadəyə veriləcəkdir.
Vergi yoxlamalarında standart və proqnozlaşdırılan modellərə keçiləcəkdir. Mükəlləflərin uzunmüddətli yoxlamalardan qaynaqlanan çətinlikləri həll ediləcəkdir. (Marja)