Azərbaycan əhalisi 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkələrindən 1 milyard 285,5 milyon manatlıq dərman və tibbi ləvazimatlar alıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il satışın həcmi 2024-cü ilin eyni dövrünə nisbətən 24,2% çoxdur.
Ümumilikdə bu ilin 10 ayında əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi bütün pulların 2,4% faizi dərman və tibbi ləvazimatlara sərf olunub.
Təkcə oktyabr ayında əhali dərman və tibbi məhsullara 146,4 milyon manat xərcləyib.










