2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 169,4 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-oktyabr ayına nisbətən 1,9% çoxdur.
Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,1% faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Təkcə oktyabr ayı ərzində əhali 229 milyon manatlıq içkilər və tütün məmulatları alıb .













