Bəzi sahibkarlar nəzarət tədbirlərinin yumşaldılması hallarından sui-istifadə etməklə müxtəlif pozuntulara yol verirlər.
FED.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir.
Eləcə də bax: "Masaları bayıra çıxarın" - DÖVLƏT QURUMUNDAN RESTORANLARA TÖVSİYƏ
"Aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında 416 ticarət müəssisəsində monitorinqlər keçirilib, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb. Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 765 kq olan ət, süd, unlu və qənnadı məmulatları, konservlər və s., eləcə də 435 litr spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib".
"Hər bir istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka, ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarları isə xüsusi rejimə və metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırırıq"-deyə məlumatda bildirilir.