Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin rejimindən mərhələli çıxış zamanı ictimai iaşə müəssisələrində əməl edilməsi vacib olan qaydalar barədə maarifləndirici materiallar hazırlayıb.
Eləcə də bax: Bir kafenin xərcləri nə qədərdir? – HESABLAMA – STATUS
FED.az AQTA-ya istinadən xəbər verir ki, materiallarda ictimai iaşə müəssisələrində xəstəlik simptomları olan işçilərin evə göndərilməsinin və dərhal həkimə müraciət edilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, iş prosesində geyinilmiş paltar yüksək temperaturda yuyucu vasitələrlə yuyulmalıdır.
Həmçinin diqqətə çatdırılıb: "İctimai iaşə müəssisələrində qida məhsullarına əl ilə toxunmaq qadağan edilməli, servis əşyaları istifadə olunduqca tez-tez dəyişdirilməli və ayrı konteynerlərdə saxlanılmalıdır.
Həmin müəssisələr müştərilərə xidmət göstərildikdən sonra dezinfeksiya edilməli, zallar, kabinetlər mütəmadi olaraq havalandırılmalı, ultrabənövşəyi lampalardan istifadə edilməlidir.
Hava şəraiti imkan verdikdə müştərilərə daha çox açıq havada xidmət göstərilməsi tövsiyə olunur.
Müəssisələrdə mütəmadi olaraq daxili radio vasitəsilə müştərilərə xəstəlikdən qorunma qaydaları çatdırılmalıdır.
İctimai iaşə müəssisələrində yemək masaları arasındakı məsafə 2 metr olmalıdır".