ABŞ prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.
Eləcə də bax: COVID-19-a qarşı vaksin istehsalına - 31 MİLYARD DOLLAR TƏLƏB OLUNUR
FED.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalının efirində deyib.
ABŞ rəhbəri bildirib ki, xəstəliyin vaksini artıq tezliklə meydana çıxacaq.
“Mən inanıram ki, virus hansısa bir anda gedəcək və mən inanıram ki, çox tezliklə bizdə vaksin olacaq”, - Donald Tramp bildirib.
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına (2 758 395) görə birinci yerdədir. Son sutkada Birləşmiş Ştatlarda koronavirusa daha 30 542 yoluxma qeydə alınıb, 324 nəfər ölüb. Bununla da ABŞ-da koronavirus qurbanlarının sayı 130 446 nəfərə çatıb. (Modern)