Bütün dünyanı səksəkədə saxlayan koronavirusa (COVİD-19) qarşı vaksin və dərmanların hazırlanması üçün cəhdlər davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri COVİD-19-a qarşı testlərin istehsalı üçün yaxın gələcəkdə tələb olunan vəsaiti açıqlayıb.
Eləcə də bax: Koronavirus vaksininin ixtiraçısına - 1 MİLYON DOLLAR VERİLƏCƏK
FED.az Banker.az-a istinadən xəbər verir ki, məlumata görə, vaksinin istehsalı üçün təxminən 31 milyard dollar sərmayə tələb olunacaq.
ÜST artıq 3.4 milayrd dollar vəd edildiyini, həmçinin yaxın 12 ay üçün ehtiyacların qarşılanmasına 27.9 milyard dollar əlavə vəsait tələb olunduğunu qeyd edib.