Azərbaycanda iri klinikaları idarə edən «İdeal Tibb Şirkəti» MMC-nin illik maliyə göstəriciləri məlum olub.
Azərbaycandakı şpris zavodu hər il - 2 MİLYON QAZANC GÖTÜRÜR – HESABAT
FED.az xəbər verir ki, şirkət ötən illə müqayisədə şirkətin gəlirləri və qazancı təqribən 2 dəfə artıb.
Hesabata əsasən 2022-ci ildə «İdeal Tibb Şirkəti» MMC-nin gəlirləri 3 milyon 967 min manat təşkil edib ki, bu da 2021-ci ildən 1 milyon manat və ya 37% artıqdır.
Satışın maya dəyəri isə 3,2 milyon manat olub.
Rəsmi hesabata görə, şirkətin əməliyyat mənfəəti 768 min manat olub, bundan 153 min manat mənfəət vergisi ödənilib, xalis mənfəət 614 min manat olub.
Ötən il isə şhirkətin xalis mənfəəti 251 min manat idi.
2022-ci ildə «İdeal Tibb Şirkəti» MMC-nin aktivləri 1,6 milyon manat azalaraqa 12,2 milyon manatdan 10,6 milyon manata enib.
Azalma əsasən pul vəsaitləri – qısamüddətli aktivlər hesabına baş verib.
Əvəzində cəmi kapitalı 4 dəfə artaraq 275 min manatdan 1 milyon 160 min manat yüksəlib.
2022-ci ildə «İdeal Tibb Şirkəti» MMC-nin öhdəlikləri, o cümlədən faizlə götürdüyü kreditləri 300 min manat azalıb.