Avropa Dərman Agentliyi (EMA) Covid-19-un müalicəsi üçün daha bir dərman preparatını təsdiq edib.
Eləcə də bax: Bu şirkət daha da varlı olacaq - ÖLÜMÜ 89% AZALDAN YENİ KORONAVİRUS DƏRMANI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, “Merck” şirkətinin koronavirus əleyhinə həbləri təcili istifadə üçün tövsiyə olunub.
Qərarda göstərilir ki, preparatdan əlavə oksigenə ehtiyacı olmayan gənc xəstələr istifadə edə bilər. Dərman vasitəsi gündə 2 həb olmaqla 5 gün qəbul edilməlidir.
Dərmanın apteklər vasitəsi ilə kütləvi satışına hələlik icazə verilmir.